"Türkiyə Azərbaycanla sona qədər həmrəydir" - MHP lideri Dövlət Baxçalı

10:00 15.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Qarabağ zəfərini həzm edə bilməyən və işğal altındakı Azərbaycan torpaqlarından qoparılan erməni quldur dəstələri təcavüzkar hərəkətlərini sürətləndiriblər. Onlar hər gün xain təxribatlara əl ataraq öz çirkin əməllərini həyata keçirməyə çalışırlar. Ermənistanın Qarabağa qarşı təcavüz cəhdlərinə daha bizdə səbr və dözümlülük qalmayıb".

Hafta.az-ın yazdığına görə, bu sözləri Türkiyə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib. MHP lideri Ermənistan - Azərbaycan sərhədində münaqişələrin müharibəyə çevrilməsi riskini vurğulayaraq qeyd edib ki, sentyabrın 12-nə keçən gecədən başlayaraq Azərbaycan sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində erməni silahlı ünsürlərinin iyrənc hücumu nəticəsində 50 Azərbaycan əsgəri şəhid olub, çoxlu sayda əsgər yaralanıb:

"Türkiyə Azərbaycanla sona qədər həmrəydir. Can Azərbaycan terrorçu Ermənistan dövləti və onun arxasında duran zalımlar qarşısında heç vaxt tək deyil. Türk milləti öz soydaşlarının arxasındadır. MHP ermənilərin hücumlarını pisləyir və Qarabağın azad olunması üçün uzanan əllərin qırılacağına inanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə qardaş ölkə Azərbaycan hər cür qəddar və nalayiq oyunları məhv etməyə qadirdir. Türkiyənin də dəstəyi tam və tamdır. Ermənistanı meydana çıxaran və ondan piyada kimi istifadə edən istənilən ölkə yarana biləcək ağır nəticələrə görə məsuliyyət daşıyır" deyən D.Baxçalı vətən uğrunda şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət diləyib, Prezident İlham Əliyevin simasında qardaş Azərbaycan xalqına və əziz türk millətinə başsağlığı verib. "Unutmaq olmaz ki, bir kərə yüksələn bayraq bir daha enməz", - deyib MHP lideri.

Siyasət rubrikasından digər xəbərlər